DSX hərbçilərinin qətlində şübhəli bilinən MAXE bu ərazidə SAXLANILDI - RƏSMİ

  • Ölkə
  • 03 Yanvar 2022 09:25
  • Oxunub: 16

Qubadlı rayonunda dünən 3 hərbçi yoldaşını avtomatdan atəş açaraq qətlə yetirən Elxan Əzizli saxlanılıb.

Kanal.az-a Baş Prokurorluqdan verilən məlumata görə, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürmüş, daha sonra silahını ataraq hadisə yerindən qaçıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq  şübhəli şəxs qismində saxlanılıb.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvaləedilmişdir.Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.İstintaqın gedişatı barədə əlavə məlumat veriləcəkdir.

  • DÇ-2022: Türkiyənin pley-offdakı rəqibi bilindi
  • “Alveşin “Barselona”ya qayıdışına təəccübləndim" - Messi
  • Levandovski ilin futbolçusu seçildi
  • Lionel Messi ilin futbolçusu seçilib
  • Türkiyə 6 cavabsız qolla qalib gəldi
  • "Mançester Siti"nin sahibləri 11-ci klub alırlar
  • Hamilə qadın saçını kəsdirəndə uşağın ömrü qısalır?
  • Cazibədar və özünəinamlı qadının 8 sirri
  • Gündəlik Bürclər 02.12.2021 (02 DEKABR 2021 Günlük Bürclər)
  • Son zamanların populyar makiyaj trendi - DRAPİNG
  • Yağlı saçlardan necə xilas olaq? - TƏBİİ MASKA və QULLUQ
  • "Mançester Siti"nin sahibləri 11-ci klub alırlar
  • Qadın idmançı kişi ilə döyüşmək üçün rinqə çıxdı: Dəhşətli anlar yaşandı / FOTOLAR
  • Gün eynəyini üzünüzə uyğun seçin – DÜZGÜN QAYDASI
  • Qatıqla arıqlamağın müsbət cəhətləri
  • Daha asan hamilə qalmaq üçün nə etmək lazım?
  • Baxımlı görünmək üçün geyim seçiminizdə nələrə diqqət etməli?
Oxşar xəbərlər