Hollandiyada 2 türk nazir postuna gətirilir

  • Dünya
  • 04 Yanvar 2022 20:27
  • Oxunub: 11

Hollandiya Baş naziri Rutte liderliyində 4 partiyalı koalisiya hökumətində türk kökənli iki nazir də təmsil olunacaq.

Kanal.az xəbər verir ki, Dilan Yeşilgöz təhlükəsizlik və ədliyyə, Günay Uslu isə mədəniyyət və media üzrə dövlət naziri olacaq. Qeyd edək ki, Hollandiyada martın 17-də keçirilən seçkilərdən sonra koalisiya hökumətində təmsil olunacaq şəxslərin adları açıqlanıb. Mark Ruttenin baş nazir olacağı hökumətdə 28 nazir təmsil olunacaq. Nazirlərin 14 xanım, 14 kişidir.

18 iyun 1977-ci ildə Ankarada anadan olan Dilan Yeşilgöz həmkarlar ittifaqı üzvü, Tuncelidə doğulmuş qaçqın əsilli siyasətçidir. Yeşilgözün valideynləri 1980-ci il çevrilişindən sonra Türkiyədən qaçaraq Hollandiyadan sığınacaq istəyib. Amsterdam Universitetində sosial-mədəni elmlər üzrə təhsil alan Yeşilgöz 2014-2017-ci illər arasında Amsterdam Şəhər Şurasının üzvü olub. Yeşilgöz 2017-ci il seçkilərində VVD siyahısından Hollandiya Nümayəndələr Palatasına daxil olub. Ötən ilin mart ayında keçirilən seçkilərdə yenidən millət vəkili seçilən Yeşilgöz, 25 may 2021-ci ildə müvəqqəti hökumətdə iqtisadi işlər və iqlimdən məsul dövlət naziri vəzifəsinə təyin edilib. Yeni hökumətdə isə təhlükəsizlik və ədliyyə naziri vəzifəsini icra edəcək.

Günay Uslu isə Afyonkarahisarın Emirdağ rayonundan olan bir ailənin övladıdır. Amsterdam Universitetində mədəniyyət tarixi üzrə fəlsəfə doktoru olan 49 yaşlı Günay Uslu Avropa mədəniyyət tarixi, irsi və muzeyləri üzrə ekspertdir. Uslu Amsterdam Göz Filmləri Muzeyinin Müşahidə Şurasının sədridir. Günay Uslu Hollandiya hökumətində media və mədəniyyət üzrə dövlət naziri olacaq. / teleqraf.com

  • DÇ-2022: Türkiyənin pley-offdakı rəqibi bilindi
  • “Alveşin “Barselona”ya qayıdışına təəccübləndim" - Messi
  • Levandovski ilin futbolçusu seçildi
  • Lionel Messi ilin futbolçusu seçilib
  • Türkiyə 6 cavabsız qolla qalib gəldi
  • "Mançester Siti"nin sahibləri 11-ci klub alırlar
  • Hamilə qadın saçını kəsdirəndə uşağın ömrü qısalır?
  • Cazibədar və özünəinamlı qadının 8 sirri
  • Gündəlik Bürclər 02.12.2021 (02 DEKABR 2021 Günlük Bürclər)
  • Son zamanların populyar makiyaj trendi - DRAPİNG
  • Yağlı saçlardan necə xilas olaq? - TƏBİİ MASKA və QULLUQ
  • "Mançester Siti"nin sahibləri 11-ci klub alırlar
  • Qadın idmançı kişi ilə döyüşmək üçün rinqə çıxdı: Dəhşətli anlar yaşandı / FOTOLAR
  • Gün eynəyini üzünüzə uyğun seçin – DÜZGÜN QAYDASI
  • Qatıqla arıqlamağın müsbət cəhətləri
  • Daha asan hamilə qalmaq üçün nə etmək lazım?
  • Baxımlı görünmək üçün geyim seçiminizdə nələrə diqqət etməli?
Oxşar xəbərlər