Nazirlik un və çörəyin qiymətləri ilə bağlı hərəkətə keçdi - XƏBƏRDARLIQ

  • Ölkə
  • 05 Yanvar 2022 12:09
  • Oxunub: 24

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti gücləndirib.

Kanal.az bu barədə quruma istinadən xəbər verir. Məlumatda deyilir ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur.

Bununla əlaqədar nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib.

Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinq zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə ciddi tədbirlər görüləcək.

  • DÇ-2022: Türkiyənin pley-offdakı rəqibi bilindi
  • “Alveşin “Barselona”ya qayıdışına təəccübləndim" - Messi
  • Levandovski ilin futbolçusu seçildi
  • Lionel Messi ilin futbolçusu seçilib
  • Türkiyə 6 cavabsız qolla qalib gəldi
  • "Mançester Siti"nin sahibləri 11-ci klub alırlar
  • Hamilə qadın saçını kəsdirəndə uşağın ömrü qısalır?
  • Cazibədar və özünəinamlı qadının 8 sirri
  • Gündəlik Bürclər 02.12.2021 (02 DEKABR 2021 Günlük Bürclər)
  • Son zamanların populyar makiyaj trendi - DRAPİNG
  • Yağlı saçlardan necə xilas olaq? - TƏBİİ MASKA və QULLUQ
  • "Mançester Siti"nin sahibləri 11-ci klub alırlar
  • Qadın idmançı kişi ilə döyüşmək üçün rinqə çıxdı: Dəhşətli anlar yaşandı / FOTOLAR
  • Gün eynəyini üzünüzə uyğun seçin – DÜZGÜN QAYDASI
  • Qatıqla arıqlamağın müsbət cəhətləri
  • Daha asan hamilə qalmaq üçün nə etmək lazım?
  • Baxımlı görünmək üçün geyim seçiminizdə nələrə diqqət etməli?
Oxşar xəbərlər