Qazaxıstan qarışdı: Çadırlar qurulub - Prezident göstəriş verdi / VİDEO

  • Dünya
  • 04 Yanvar 2022 18:51
  • Oxunub: 12

Qazaxıstanın Manqistau vilayətinin Aktau, Janaozen və bir neçə rayonunda yanvarın 3-dən kütləvi etiraz aksiyaları keçirilir.

Kanal.az-ın Qazaxıstan mediasına istinadən məlumatına görə, buna səbəb nəqliyyat vasitələri üçün maye qazın kəskin bahalaşması olub.

Etirazçıların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, sakinlər onun 60 təngəyə (0,13 dollar) endirilməsini tələb edirlər.

Əlverişsiz hava şəraitinə görə etirazçılar böyük çadırlar quraraq orada gecələyiblər.

Yüzlərlə insan hökumət qarşısında 3 tələb irəli sürüb: qazın qiyməti 1 litr üçün 60 təngəyə endirilsin; tarlalarda yeni işçilərin işə götürülməsinə qoyulan moratorium (mülki hüquqda hökumət tərəfindən müəyyən edilmiş öhdəliyin müəyyən müddətə və ya hansısa fövqalədə hadisənin sonuna qədər yerinə yetirilməsinin təxirə salınması – red.) aradan qaldırılsın, ərzaq qiymətləri aşağı salınsın.

Ölkənin Energetika Nazirliyi açıqlamasında bildirib ki, qazın qiymətini indi tələb və təklifə uyğun olaraq bazar özü formalaşdıracaq. Akimat (regional icra orqanı –red.) qaz qiymətlərinin tənzimlənməsində iştirak etmir, çünki bu məhsul rəqabət mühitinə aiddir. Eyni zamanda, fərdi sahibkarlar tərəfindən əsassız olaraq qiymət artımı faktları baş verdikdə, Rəqabətin Müdafiəsi Agentliyinin şöbəsi tərəfindən inzibati tədbirlər görülür.

Etirazlar fonunda Baş nazir Əsgər Maminin sərəncamı ilə Manqistau vilayətində sosial-iqtisadi vəziyyətə baxılması üçün hökumət komissiyası yaradılıb.

Prezident Kasım -Jomart Tokayev isə öz tvitter hesabında yazıb ki, Aktauda Prezident Administrasiyasının üzvləri də daxil olmaqla hökumət komissiyası öz işinə başlayıb.

“Komissiyaya tapşırılıb ki, ölkəmizdə sabitlik maraqları naminə problem məqbul həllini tapsın. Hüquq-mühafizə orqanlarına ictimai asayişin pozulmamasını təmin etmək tapşırılıb. Nümayişçilər məsuliyyətli olmalı və dialoqa hazır olmalıdırlar”, – deyə Tokayev vurğulayıb. / Konkret.az

  • DÇ-2022: Türkiyənin pley-offdakı rəqibi bilindi
  • “Alveşin “Barselona”ya qayıdışına təəccübləndim" - Messi
  • Levandovski ilin futbolçusu seçildi
  • Lionel Messi ilin futbolçusu seçilib
  • Türkiyə 6 cavabsız qolla qalib gəldi
  • "Mançester Siti"nin sahibləri 11-ci klub alırlar
  • Hamilə qadın saçını kəsdirəndə uşağın ömrü qısalır?
  • Cazibədar və özünəinamlı qadının 8 sirri
  • Gündəlik Bürclər 02.12.2021 (02 DEKABR 2021 Günlük Bürclər)
  • Son zamanların populyar makiyaj trendi - DRAPİNG
  • Yağlı saçlardan necə xilas olaq? - TƏBİİ MASKA və QULLUQ
  • "Mançester Siti"nin sahibləri 11-ci klub alırlar
  • Qadın idmançı kişi ilə döyüşmək üçün rinqə çıxdı: Dəhşətli anlar yaşandı / FOTOLAR
  • Gün eynəyini üzünüzə uyğun seçin – DÜZGÜN QAYDASI
  • Qatıqla arıqlamağın müsbət cəhətləri
  • Daha asan hamilə qalmaq üçün nə etmək lazım?
  • Baxımlı görünmək üçün geyim seçiminizdə nələrə diqqət etməli?
Oxşar xəbərlər