Yerin altında zərbə PUA-larının gizli bazası AŞKARLANDI - ŞOK

  • Dünya
  • 03 Yanvar 2022 20:22
  • Oxunub: 6

İrana bağlı “Hizbullah” qruplaşmasıın yaraqlıları Dəməşqdən cənubda, köhnə hərbi bazanın ərazisində zərbə və kəşfiyyat PUA-larını gizlədiblər.

Kanal.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Qrupu (SOHR) bildirir.

Məlumatda deyilir ki, “Hizbullah”ın mühəndis bölmələri Əl-Kisua rayonundakı bazada yeraltı kommunikasiyaları genişləndirirlər, hansı ki, ötən il dekabrın əvvəllərindən başlayaraq orada pilotsuz uçan aparatları gizlədiblər. Bu addım PUA-ları İsrailin hava zərbələrindən qorumaq üçün atılıb.

SOHR bildirir ki, “Hizbullah” yerli sakinlərin hərbi obyektə yaxınlaşmasına icazə vermir, ərazidə foto və video çəkmək qadağandır. Ehtimal edilir ki, həmin obyektdə İrandan gətirilmiş hissələrdən pilotsuz aparatların yığılması da həyata keçirilir.

Ötən ilin noyabrında İsrailin müdafiə naziri İranın Suriya hüdudlarından kənarda hava zərbələri endirmək üçün pilotsuz uçan aparatlar cəmləşdirdiyini, onları Suriyadakı köhnə hərbi bazalarda saxladığını açıqlamışdı. Onun sözlərinə görə, pilotsuz aparatlar minlərlə kilometr məsafədə strateji hədəflərə zərbə endirə bilər. “Bu potensial artıq sünni ölkələrini, Yaxın Şərqdəki beynəlxalq qoşunları, habelə Avropa və Afrika ölkələrini təhlükəyə məruz qoyur”, – nazir  demişdi./virtualaz

  • DÇ-2022: Türkiyənin pley-offdakı rəqibi bilindi
  • “Alveşin “Barselona”ya qayıdışına təəccübləndim" - Messi
  • Levandovski ilin futbolçusu seçildi
  • Lionel Messi ilin futbolçusu seçilib
  • Türkiyə 6 cavabsız qolla qalib gəldi
  • "Mançester Siti"nin sahibləri 11-ci klub alırlar
  • Hamilə qadın saçını kəsdirəndə uşağın ömrü qısalır?
  • Cazibədar və özünəinamlı qadının 8 sirri
  • Gündəlik Bürclər 02.12.2021 (02 DEKABR 2021 Günlük Bürclər)
  • Son zamanların populyar makiyaj trendi - DRAPİNG
  • Yağlı saçlardan necə xilas olaq? - TƏBİİ MASKA və QULLUQ
  • "Mançester Siti"nin sahibləri 11-ci klub alırlar
  • Qadın idmançı kişi ilə döyüşmək üçün rinqə çıxdı: Dəhşətli anlar yaşandı / FOTOLAR
  • Gün eynəyini üzünüzə uyğun seçin – DÜZGÜN QAYDASI
  • Qatıqla arıqlamağın müsbət cəhətləri
  • Daha asan hamilə qalmaq üçün nə etmək lazım?
  • Baxımlı görünmək üçün geyim seçiminizdə nələrə diqqət etməli?
Oxşar xəbərlər